02 November 2022

Prezident İlham Əliyevin Ərəb Sammitindəki çıxışı Yaxın Şərq və Şimali Afrika ölkələri mediasının diqqət mərkəzində olub

Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdə təşkil edilən Ərəb Dövlətləri Liqasının 31-si Sammitində çıxışı Yaxın Şərq və Şimali Afrika ölkələri mediasının diqqət mərkəzində olub.

Azərbaycan Prezidenti: Torpaqlarımızın Ermənistan tərəfindən işğalı illərində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik

Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik.

Xudaferin.eu AZƏRTAC-aistinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışında söyləyib.