01 November 2022

Milli Məclisin deputatları Zəfər Günü münasibətilə Özbəkistanda keçiriləcək tədbirdə iştirak edəcəklər

Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputat Məşhur Məmmədov 8 Noyabr – Zəfər Günü münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün noyabrın 2-də Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.

Azərbaycan-Əlcəzair münasibətlərində yeni mərhələ

Noyabrın 1-2-də Əlcəzair Xalq Demokratik Respublikası 4-cü dəfə Ərəb Dövlətləri Liqasının Sammitinə ev sahibliyi edəcək. Sonuncu dəfə liqanın sammiti bu ölkədə 2005-ci il martın 22-23-də keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitə Qoşulmama Hərəkatının sədri statusunda fəxri qonaq qismində dəvət olunub.

4Mövsüm tədris mərkəzi 1yaşını qeyd etdi.

Xırdalan şəhərində yeni tədris evinin 1yaşı qeyd olundu. Gözəl şəkildə təşkil olunmuş əyləncəli tədbir Azərbaycan himni ilə açıldı. Sonra klounlar körpələri əyləndirdi. Körpələr xor şəkildə Xudayar təsnifini ifa etdilər. Uşaqların göynəklərində 44günlük müharibənin qəhrəman şəhidlərinin şəkli əks olunmuşdu. Bu da uşaqların vətənpərvər ruhda böyüməsinə xidmətin sübutu idi.