26 September 2022

Misirin nüfuzlu “Əl Əhram” qəzeti Azərbaycanın sülh çağırışlarından yazıb

Azərbaycan etnik, dini və ya hər hansı digər mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməklə, münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını da öz siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir.

Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər

Milli Məclisin nümayəndə heyəti sentyabrın 26-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibində Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov yer alıb.