25 September 2022

“Boston Herald”: Pelosi Amerikanın maraqlarını zərbə altına qoyur“

ABŞ-ın aparıcı “Boston Herald” nəşrində “Pelosi Amerikanın maraqlarını zərbə altına qoyur” sərlövhəli məqalə dərc olunub.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalənin müəllifi, “60 Plus” və Amerika Böyük Vətəndaşlar assosiasiyalarının prezidenti, Respublikaçı Milli Komitəsinin keçmiş üzvü və Respublikaçılar Partiyasının Miçiqan təşkilatının sabiq sədri, Litva əsilli amerikalı Saul Anuzis ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana son səfərinə toxunur.