21 September 2022

Prezident İlham Əliyev: Azərbaycan Bayrağı Laçın şəhərində əbədi dalğalanacaq

Avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq. Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaq.

Milli Məclisin deputatı ATƏT PA-nın seminarında iştirak edəcək

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev sentyabrın 22-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı deputat burada ATƏT PA-nın Helsinki+50 təşəbbüsü çərçivəsində “Dəyişən Avropa təhlükəsizlik arxitekturasında ATƏT və ATƏT PA-nın rolu” mövzusunda keçirilən seminarında iştirak edəcək.

Azərbaycan və İsrail xalqının qeyrətli Oğlu Arye Qut vəfat etmişdir

İsrailin və Azərbaycanın ictimai xadimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, “İsraildə Azərbaycan Evi”  təşkilatının icraçı direktoru Arye Qut 47 yaşında vəfat edib.

“Xudaferin.eu” xəbər verir ki, bunu onun mərhumun yaxınları bildirib. 

Arye Qut həm İsrail, həm də Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi.

A letter to Mrs. Nancy Pelosi, the Speaker of the US House of Representatives,

Mrs. Nancy Pelosi, we understand your visit to Armenia and your love for the Armenian nation. The statement you made while being in Armenia surprised the Azerbaijani nation.

1. You mentioned that you strongly condemn the illegal border attacks by Azerbaijan on Armenia.

2. After that you stated that America supports the sovereignty of Armenia.

3. The border fighting in which more than 200 people were killed is Azerbaijan's initiative and Azerbaijan must admit it.

4. You mentioned that the border clashes were caused by the Azerbaijani attack on Armenia.

Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti bəyanat yaydı

Son günlər 2020-ci il noyabrın 10-da, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanan üçtərəfli müqavilənin şərtlərini pozaraq, Ermənistan Azərbaycan sərhədlərində geniş miqyaslı təxribatlar törətmiş və nəticədə onlarla insan həyatını itirmişdir. Ermənilərin bu təxribatına dünya dövlətləri nəinki susqunluq nümayiş etdirirlər, hətta özünü və dövlət sərhəddini erməni quldurlarından qoruyan Azərbacanı günahkar elan edirlər.