20 September 2022

ABŞ dövlət katibi Azərbaycan və Ermənistan XİN rəhbərlərini danışıqlar masasına qayıtmağa çağırıb

Sentyabrın 19-da ABŞ dövlət katibi Antoni Blinken BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Antoni Blinken özünün tviter hesabında yazıb.

Nazir Ceyhun Bayramov BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb

Sentyabrın 19-da xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və regionda son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

ABŞ dövlət katibinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb

Sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikası xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.