15 September 2022

Mövlud Çavuşoğlu: Türkiyə və Azərbaycan daim “tək səs, tək ürək”dir

Türkiyə və Azərbaycan daim “tək səs, tək ürək”dir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün rəsmi tviter hesabında Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə etdiyi paylaşımda bildirilib.

Misir mediası: Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına qətiyyətli cavab verib

Misir mediasında dərc olunmuş məqalələrdə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də gecə saatlarında sərhədyanı rayonlarda başlayan təxribatlarına qətiyyətli cavab verdiyi, düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdiyi vurğulanıb. Yazılarda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev son hadisələrə görə məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.

Bakının erməni-bolşevik işğalından azad olunmasından 104 il ötür

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 104 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.