14 September 2022

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb

Sentyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tərəflər bölgədə mövcud olan gərgin vəziyyəti və normallaşma prosesinə qayıtmaq üçün mümkün addımları müzakirə ediblər.

Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulur

Sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.

Xudaferin.eu