13 September 2022

Ceyhun Bayramov Cozef Borellə Ermənistanın Azərbaycana qarşı növbəti təxribatları nəticəsində yaranmış gərginliyi müzakirə edib

Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozef Borel ilə telefon danışığı olub.

Rusiya XİN Azərbaycan ilə Ermənistan arasında gərginliyin artması ilə əlaqədar bəyanatla çıxış edib

Rusiya Xarici İşlər Nazirliyi “Sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrində vəziyyətin kəskin şəkildə pisləşməsi ilə əlaqədar son dərəcə narahat olduğunu” bildirib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici siyasət idarəsinin bəyanatında bildirilir.

Azərbaycan tərəfi atəşin dayandırılmasına nail oldu – YENİLƏNİB

Saat 9:15-dən etibarən Azərbaycan tərəfinin səyləri nəticəsində atəşin dayandırılmasına nail olunub.

Bu barədə haqqin.az məlumat yayıb.

09:53

Ermənistanla Azərbaycan sentyabrın 13-ü saat 9:00-dan etibarən atəşin dayandırılması barədə razılığa gəlmişdilər.

Haqqin.az yazır ki, razılığa baxmayaraq, Ermənistan təxribatlarını davam etdirir və Azərbaycanın dövlət sərhədi istiqamətində mövqelərimizi atəşə tutur.

09:29

Mövlud Çavuşoğlu: Ermənistan əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini tam yerinə yetirməlidir

Hərbi gərginlik və təxribatlar narahatlıq doğurur.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.

Nazir, həmçinin Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Xudaferin.eu

MN: Ermənistan mətbuatının məlumatları qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır

Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində yayılan açıqlamada bildirilib.