11 September 2022

“TurAz Qartalı-2022” təlimində iştirak edən heyət Türkiyəyə qayıdıb

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və texniki avadanlıqları Türkiyəyə yola salınıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, sentyabrın 5-dən ölkəmizdə keçirilən təlimdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi pilotları müxtəlif tapşırıqları uğurla yerinə yetiriblər.

Xudaferin.eu

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistanda rəsmi səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Tacikistan Respublikasına rəsmi səfərdədir.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, qrupun üzvləri Azər Badamov, Anatoliy Rafailov və digər rəsmi şəxslər daxildirlər.

Müdafiə Nazirliyi: Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimiz yenidən atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.