09 September 2022

Prezident İlham Əliyev Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Britaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Elizabet Trassa başsağlığı məktubu ünvanlayıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məktubunda Prezident İlham Əliyev görkəmli dövlət başçısı – Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıqlarını bildirib.

Ordumuzun mövqeləri atəşə tutulub

Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Mariya Zaxarova: Moskva yüksək səviyyəli üçtərəfli bəyanatların icrasına çox böyük əhəmiyyət verir

Rusiya tərəfi yüksək səviyyəli üçtərəfli bəyanatların icrasına, o cümlədən Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasına, Bakı və Yerevan arasında vətəndaş cəmiyyətləri xətti ilə təmasların möhkəmlənməsinə çox böyük əhəmiyyət verir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə bildirib.