07 September 2022

Laçında mülki şirkətə məxsus ekskavator atəşə tutulub

Sentyabrın 7-si saat 08:10-dan 12:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30-cu ildönümü və əməkdaşlığın yeni mərhələsi

Cari il sentyabrın 7-də Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edilir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan ilə Yaponiya arasındakı əlaqələrin həm mahiyyət, həm də keyfiyyətcə yeni dövrü ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra başlayıb və o vaxta qədər əldə edilmiş təcrübə, qarşılıqlı hörmət və etimad bu əlaqələrə mühüm töhfələr verib.

Prezident İlham Əliyev: Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur

Biz Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sevindirici haldır ki, ötən dövr ərzində dostluq əlaqələrimiz inkişaf edib, iqtisadiyyat, energetika, investisiya, maliyyə və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız genişlənib.

Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimiz yenidən atəşə tutulub

Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.