05 September 2022

Cavid Osmanov: Azərbaycanın xarici amillərdən müdafiə olunması əsas məsələlərdəndir

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışını 3 istiqamətdə təsnif etmək mümkündür. Dövlətimizin başçısı beynəlxalq forumda Azərbaycan-İtaliya münasibətləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol və Azərbaycan həqiqətləri kontekstində geniş çıxış etdi.

Mövqelərimiz yenidən atəşə tutulub

Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Azərbaycan XİN Rusiyanın Kabildəki səfirliyinə edilən terror hücumunu pisləyib

Sentyabrın 5-də Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində iki rus diplomatının, habelə əfqan vətəndaşlarının həlak olması xəbərini kədərlə qarşılayırıq. Terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Diplomatların həyatına qəsd qəbuledilməzdir.

Səttar Möhbalıyev: Dövlətimizin başçısının İtaliyaya səfəri iki ölkə arasındakı münasibətləri yeni müstəviyə yüksəldəcək

Məlumdur ki, Prezident İlham Əliyevin beynəlxalq təşkilatların yüksək tribunasında irəli sürdüyü qlobal səviyyəli təşəbbüslər beynəlxalq aləm tərəfindən rəğbətlə qarşılanır və yüksək səviyyədə dəstəklənir. Dərin və hərtərəfli biliyə, yüksək siyasi mədəniyyətə malik Prezident İlham Əliyev dünyada böyük hörmət və nüfuz sahibi olan lider kimi qloballaşma və inteqrasiya proseslərində, beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla təmsil və müdafiə edir.

Çingiz Qənizadə: Prezidentin İtaliyaya səfəri Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir

Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin getdikcə möhkəmləndirilməsi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün strategiyanın nəticəsidir. Vətən müharibəsində qazandığımız tarixi Qələbə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəltdi. Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Azərbaycan Ordusu dünyanın ən güclülərindəndir və öz ərazisini düşməndən müdafiə etmək qüdrətindədir. Digər sahələrdə də qazanılan uğurlar respublikamızın beynəlxalq əlaqələrini daha da genişləndirir.