02 September 2022

Azərbaycan XİN Vyetnamı Milli Günü münasibətilə təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Vyetnamı Milli Günü münasibətilə təbrik edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar XİN-in rəsmi tviter səhifəsində paylaşım olunub.
“Milli Günü münasibətilə Vyetnam Sosialist Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Milli Gününüz mübarək, Vyetnam!”, - deyə paylaşımda qeyd edilib.

Xudaferin.eu

Prezident İlham Əliyev: Azərbaycan ilə İtaliya arasında aktiv siyasi dialoq mövcuddur

İtaliyaya budəfəki səfərim çox uğurlu keçdi. Bu səfər zamanı İtaliyanın Prezidenti və Baş naziri ilə görüşlər keçirdim. Bu görüşlərdə ölkələrimiz arasında sıx strateji tərəfdaşlıq münasibətləri ilə bağlı bir çox məsələləri müzakirə etdik.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirib.

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 2-də İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan ilə İran arasında faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin birgə layihələrin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Prezident İlham Əliyev: Azərbaycan dost və tərəfdaş ölkə olan Vyetnamla ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət verir

Bu gün Vyetnam dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə böyük nailiyyətlər əldə etmiş dövlətdir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın milli bayramı – Müstəqillik Günü münasibətilə vyetnamlı həmkarı Nquyen Suan Fuka ünvanladığı təbrik məktubunda ifadə olunub.

Türkiyənin Anadolu Agentliyi Laçın rayonundan xüsusi reportaj hazırlayıb

Aradan illər keçməsinə baxmayaraq, 1992-ci ildə baş verən işğalın izlərini unutdurmayan Laçın şəhərində bəzi evlər yaşayış səviyyəsini saxlasa da, çox sayda məhv edilmiş və yararsız hala salınan evlər var. Artıq Azərbaycanın nəzarətinə keçən Laçında yerləşən Azərbaycan Ordusu həm bu bölgədəki strateji nöqtələrdəki mövqelərini gücləndirir, həm də minalardan təmizləmə fəaliyyəti həyata keçirir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Anadolu Agentliyinin Laçın rayonundan hazırladığı xüsusi reportaj bu ifadələrlə başlanır.