01 September 2022

Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Yaponiya xarici işlər nazirinin yeni təyin edilmiş parlament üzrə müavini Yuumi Yoşikava ilə görüşündə iki dost ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, səfirliyin təşəbbüsü ilə keçirilən görüşdə əvvəlcə səfir G.İsamyılzadə Y.Yoşikavanı yeni təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Prezident İlham Əliyev: Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur

Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə İslam həmrəyliyi, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir. Ötən onilliklər ərzində ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Prezident İlham Əliyev Özbəkistanın Müstəqillik günü münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın milli bayramı – Müstəqillik Günü münasibətilə özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qardaş Özbəkistanın Şavkat Mirziyoyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyi, dövlətçiliyin möhkəmləndirilməsinin, ölkənin sosial-iqtisadi yüksəlişinin, dünya miqyasında nüfuzunun gündən-günə artmasının onun liderliyi, müdrik və uzaqgörən siyasəti nəticəsində mümkün olduğu vurğulanır.

Brüssel görüşü Azərbaycan diplomatiyasının və şəxsən dövlətimizin başçısının növbəti qələbəsi, hücum siyasəti doktrinasının təntənəsidir

Dördüncü Brüssel görüşünün yekunlarını şərh etməzdən öncə nəzərə almalıyıq ki, Ermənistan açıq şəkildə etiraf etməsə də əvvəlki üç görüş üzrə razılaşmaların icrasında maraqlı olmayıb. Bu mənada cari görüşdə əldə olunan razılaşmalar elə ilk baxışdan prosesin Azərbaycanın iradəsinə və maraqlarına uyğun formada cərəyan etdiyindən xəbər verir. Ümumilikdə məsələnin mahiyyətini daha detallı anlamaq üçün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşün yekunlarına dair bəyanatına konseptual yanaşmalıyıq.