19 August 2022

Zəfərimizin Laçın dərsləri: Qələbəmizin dönüş nöqtəsi və Ermənistan dövlətinin terrorçu-vandalizm siyasəti üçün əcəl zəngləri

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji diplomatiya zəkası, qətiyyəti, iradəsi və hərbi-siyasi rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandı, Ermənistan isə kapitulyasiya aktını imzaladı. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan Azərbaycana təhvil verildi.

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ilk iclası keçirilib

Avqustun 19-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan-Qazaxıstan Ekspert Şurasının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu (SAİ) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə hibrid formatda təşkil olunan tədbirdə Ekspert Şurasının üzvləri çıxış ediblər.

Deputat: Ermənilərin bütün cinayət əməlləri hüquqi qiymətin verilməsi üçün beynəlxalq məhkəmələrdə qaldırılacaq

Azərbaycan tarixinə nəzər salsaq görərik ki, ermənilər müxtəlif dövrlərdə xalqımıza qarşı soyqırımı törədib, ərazilərimizi işğal ediblər. Belə ki, son 200 ildə ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarında düşmən ölkə üçün dövlət quruldu. Təbii ki, ermənilər bu işğalçılıq siyasətini təkcə öz gücləri hesabına yox, arxalarında dayanmış qüvvələrin dəstəyi ilə həyata keçiriblər. SSRİ-nin 366-cı motoatıcı hərbi-texniki briqadasının dəstəyi ilə ermənilər 1992-ci il fevralın 26-da Xocalı soyqırımını törətdilər. Mayın 18-də Laçın dəhlizi, növbəti gün isə şəhər işğal olundu.