18 August 2022

Çadın səfiri: Azərbaycanın Afrika ölkələrində həyata keçirdiyi humanitar layihələr böyük önəm daşıyır

Azərbaycanın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələrində həyata keçirdiyi humanitar xarakterli layihələr böyük önəm daşıyır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qet avqustun 18-də etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.

Rusiya Hökumətinin sədri Mixail Mişustin Baş nazir Əli Əsədova telefonla zəng edib

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin avqustun 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xudaferin.eu

Çingiz Qənizadə: Ermənistanın tarixi-mədəni abidələrə qarşı törətdiyi soyqırımına siyasi-hüquqi qiymət verməlidir

XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandalizm aktları nəticəsində monoetnik Ermənistan dövləti yaradılıb. Azərbaycanlıların mövcudluğuna dəlalət edən bütün tarixi-memarlıq abidələri yer üzündən silinib, qəbiristanlıqlar isə dağıdılıb. Bir sözlə, Ermənistan həm azərbaycanlılara, həm də Azərbaycan mədəniyyətinə qarşı soyqırımı aktı törədib.