16 August 2022

Səfir: Türkmənistan qardaş Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir

Azərbaycanda səfir təyin olunmağım mənim üçün böyük şərəfdir. Bu gün Sizinlə görüşməkdən məmnunluq duyuram. Əcdadlarımızın dost, qardaş kimi yanbayan yaşamalarını nəzərə alaraq, bizim münasibətləri çoxəsrlik münasibətlər kimi qiymətləndirmək olar. Türkmənistan öz qonşuları ilə yaxşı münasibətləri xüsusi qiymətləndirir və qardaş Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Qurbanməmmet Elyasov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında əlaqələr xalqlarımızın iradəsi əsasında qurulub

Ölkələrimiz arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu əlaqələr xalqlarımızın iradəsi əsasında qurulubdur. Son illərdə həm qarşılıqlı səfərlər, həm əldə edilmiş razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrini daha yüksək pilləyə qaldırıbdır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın ölkəmizdəki yeni səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul etməsi ilə əlaqədar keçirilən görüşdə söyləyib.

“Artilleriya atəşinin ustaları” müsabiqəsində gecə atışları icra edilib

“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanın Otar şəhərində keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində tapşırıqlar icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuella və Zimbabve komandalarının iştirak etdiyi müsabiqənin növbəti mərhələsində tapşırıqlar gecə vaxtı yerinə yetirilib.

Leyla Abdullayeva: İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Ermənistan 2020-ci ildə götürdüyü öhdəliklərə riayət etməlidir

Başqa seçim yoxdur. 30 illik işğal nəticəsində demək olar ki, tamamilə dağıdılmış Qarabağın azad edilməsindən sonra barışıq və davamlı sülhün bərqərar olmasının zamanıdır. Xüsusilə enerji təchizatı baxımından çox vacib olan regionun balansı bundan asılıdır. Təəssüf ki, 30 ildir ki, Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər Ermənistanın ekspansionist iradəsi ilə üzləşib. Ermənistanın danışıqlardan imtina etməsi 2020-ci il müharibəsinə gətirib çıxardı. Bu gün bütün məsələlər həll olunmasa da, sülhün və ikitərəfli əməkdaşlığın yeni mərhələsinə yol açıqdır.