10 August 2022

Azərbaycanla Əlcəzair arasında əməkdaşlıq münasibətləri müzakirə olunub

Avqustun 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, təkbətək görüşdən sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə nazirlər arasında geniş tərkibdə görüş keçirilib.

Nazir: Azərbaycanla Əlcəzairin iqtisadi sahədə çox böyük potensialı var

Azərbaycanla Əlcəzair beynəlxalq platformalarda yaxşı əlaqələrə malikdirlər. İqtisadi sahədə çox böyük potensial mövcuddur.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər naziri Ramtane Lamamra ilə görüşdən sonra mətbuata birgə bəyanatında söyləyib.

Ceyhun Bayramov: Azərbaycanla Əlcəzair arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsi olduqca önəmlidir

Bu görüş hər iki ölkə üçün əhəmiyyətlidir. Həm ikitərəfli, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən işləri müzakirə etdik.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər naziri Ramtane Lamamra ilə görüşdən sonra mətbuata birgə bəyanatında söyləyib.

Küveyt mətbuatında Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı materiallar dərc olunub

Küveyt mətbuatında avqustun 4-də radikal dini qrup üzvləri tərəfindən Azərbaycanın Londondakı səfirliyinə edilən hücumla bağlı materiallar dərc olunub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Küveytin “Dasman” və “Nabd” qəzetlərində Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktı ilə bağlı bəyanatı yayımlanıb.