08 August 2022

Mövlud Çavuşoğlu: Dost da düşmən də bilsin ki, Can Azərbaycan heç vaxt yalnız deyil

Can Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən davamlı sülh üçün istifadə edirik. Xüsusi nümayəndələrimiz Ermənistanla danışıqları davam etdirirlər. Son günlər bölgədə baş verən gərginlik mövcud sakitliyin nə qədər kövrək olduğunu göstərdi. Dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç zaman yalnız deyil!
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda keçirilən XIII səfirlər konfransının rəsmi açılışındakı çıxışında ifadə edib.

Gərginliyə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

Son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd edək ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 10 dəfə atəşə tutulub.

Xudaferin.eu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 10 dəfə atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Çingiz Qənizadə: Səfirliyimizə qarşı vandalizm ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirə bilməz

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin dünya birliyindəki reytinqini getdikcə yüksəldir. Ermənistan üzərindəki tarixi Qələbəmizdən sonra Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri sırasına yerini daha da möhkəmləndirib.