04 August 2022

Yaponiya portalı Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi barədə məlumat yayıb

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi barədə məlumat yayıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda avqustun 2-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin rəsmi açılış mərasiminin keçirildiyi qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunan düşərgədə dünyanın əlli ölkəsindən 115 gəncin iştirak etdiyi vurğulanıb.

ABŞ Qarabağ ətrafında vəziyyətlə bağlı narahatlığını bildirib

ABŞ Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir. Biz gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırırıq.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

XİN: Ermənistan XİN-in Azərbaycan tərəfini əsassız şəkildə ittiham edən bəyanatını qətiyyətlə rədd edirik

Ermənistan XİN-in Azərbaycanı üçtərəfli Bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir. Xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə tərəfimizdən bəyan edilib. Üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.