03 July 2022

Fərid Şəfiyev: Şuşa konfransının gündəliyindəki əsas məsələ türk dövlətlərinin Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirakıdır

Gündəlikdəki əsas məsələ türk dövlətlərinin Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirakı ilə bağlıdır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.
Bu toplantının növbədənkənar konfrans olduğunu diqqətə çatdıran F.Şəfiyev deyib: “Bizim Özbəkistanda keçiriləcək növbəti konfransımızda TDT-nin zirvə görüşü də təşkil ediləcək".

Əkrəmcan Nemətov: Qarabağda qısa müddət ərzində həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasına heyran qaldım

Azərbaycan çox güclü dövlətdir və öz gücü ilə bütün dünyaya haqqın, ədalətin varlığını göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Özbəkistana səfəri ilə iki ölkə arasında münasibətlərin yeni mərhələyə adlamasına impuls verdi.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin Şuşaya səfəri başlayıb

İyulun 3-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin Şuşaya səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Şuşada keçiriləcək konfransda Azərbaycanla yanaşı, TDT-nin rəsmiləri və quruma üzv ölkələrinin - Türkiyənin, Qazaxıstanın, Özbəkistanın və Qırğızıstanın, həmçinin müşahidəçi ölkə olan Macarıstanın beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.