23 June 2022

Azərbaycan Prezidentinin Özbəkistan səfəri iki ölkə münasibətlərinin dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək

Müasir Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq arenaya qədəm qoyduğu gündən onun xarici siyasətinin prioritet istiqamətlərinin önəmli hissəsini türkdilli dövlətlərlə yüksək səviyyədə münasibətlərin qurulması və inkişaf etdirilməsi təşkil edib. Bu baxımdan, dost və qardaş Özbəkistanla Azərbaycan arasındakı əlaqələri yüksək dəyərləndirmək olar. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub, 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda diplomatik nümayəndəlikləri fəaliyyətə başlayıb.

Özbəkistanda Heydər Əliyev Meydanının açılışı Azərbaycan xalqının Ümummilli Liderinə hörmətin, xalqlarımızın qardaşlığının təzahürüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Heydər Əliyev Meydanının açılışı olub. Ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılmış meydanın azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşməsi, ərazinin tamamilə yenidən qurulması, sakinlərin istirahəti üçün hər cür şəraitin yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə olan hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.

“Anadolu Qartalı-2022” beynəlxalq təlimi davam edir

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər, söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, 24news.ge və aktual.ge informasiya portalları Azərbaycan Prezidentinin fikirlərini oxucuların diqqətinə çatdırıb.