21 June 2022

Prezident İlham Əliyev: Daşkənddəki Heydər Əliyev Meydanı Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir

Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələ

2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir.

Politoloq: IX Qlobal Bakı Forumu beynəlxalq aləmdə əks-səda doğurub

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun paytaxtımızda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzunun göstəricisidir. Koronavirus pandemiyasının hələ də davam etdiyi bir vaxtda Azərbaycanın daha bir beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəldib. Artıq Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və mövqeyini bir qədər də möhkəmləndirib.

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədi istiqamətində mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.