03 June 2022

"YALNIZ İRƏLİ": ŞUŞA QƏHRƏMANLARI HAQQINDA SƏNƏDLİ FİLM ÇƏKİLƏCƏK

“Yalnız irəli” filminin çəkilməsi” layihəsi çərçivəsində Qarabağ uğrunda şəhid olmuş iki şuşal ıgənc qəhrəman haqqında sənədli film və tanıtım fəaliyyətlərinə başlanıldı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycan - İraq" Mədəni Əlaqələr İctimai Birliyi“Yalnız irəli” filminin çəkilməsi” kreativ layihəsinin icrasına başlayıb.

Rusiya və Türkiyə XİN rəhbərləri Qarabağda cari vəziyyəti müzakirə edəcəklər

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankaraya işgüzar səfər edəcək. Burada onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqları nəzərdə tutulur.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu məlumatı Moskvada brifinqdə elan edib.

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Milli Məclisin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ermənistan tərəfi dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır

İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.

Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir

Azərbaycanın dünyada artan nüfuzu artıq özünü bütün sahələrdə büruzə verir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun Ermənistanın 30 illik işğalına son qoyması ölkəmizin dünyada reytinqini daha da yüksəltdi və mövqeyini möhkəmləndirdi. Azərbaycan İkinci Qarabağ müharibəsini heç kimin köməyi olmadan, öz gücü ilə Qələbə ilə başa çatdırdı. Bu tarixi Qələbə Azərbaycan Ordusunun dünyanın ən güclülərindən olduğunu bir daha təsdiqlədi. Müharibədən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır.