25 May 2022

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Mayın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər iki ölkə arasında mövcud olan geniş ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu mühüm və əlamətdar ildönümündə Türkiyənin kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş Azərbaycanın haqlı qürurunu və həyəcanını ürəyində böyük xoşbəxtlik hissi ilə duyduğunu vurğulayıb.

Brüssel görüşü kifayət qədər əhatəli müzakirələrlə yadda qaldı

Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti - ötən ilin dekabrından bəri üçüncü görüş keçirildi və əhatəli müzakirələrlə yadda qaldı. Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də ölkəmiz diktə edən tərəf oldu. Görüşdə yadda qalan və xalqımız tərəfindən rəğbətlə qarşılanan məqamlardan biri heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi oldu. Vətən müharibəsində qazandığımız tarixi qələbənin reallıqlarından biri də “Dağlıq Qarabağ” ifadəsinin birdəfəlik yox olmasıdır.