23 May 2022

Politoloq: Brüssel görüşü Azərbaycan Prezidentinin bölgədə yaratdığı reallıqdan kənar bir reallığın olmadığını bir daha sübut etdi

Müasir dünya yol ayrıcındadır. Əsas oyunçular arasında artan rəqabət gündən-günə alovlanır. Bütün bu gərginliklər fonunda bir sıra qlobal problemlər kəskinləşməklə yanaşı, təbii resursların qıtlığı reallığı və enerji təhlükəsizliyinə artan tələbat ona olan marağı artırırsa, ehtiyac fonunda bunu daha labüd edir. Eyni zamanda, təəssüf ki, çoxalan rəqabətin müxtəlif səviyyələri mənfi tendensiyaları da artırır.

Serjan Abdıkarimov: Qarabağ Zəfərindən sonra Qazaxıstanla Azərbaycan arasında nəqliyyat əlaqələri yeni mərhələyə qədəm qoyub

Qarabağ Zəfərindən sonra Qazaxıstanla Azərbaycan arasında nəqliyyat əlaqələri özünün yeni mərhələsinə qədəm qoyub. Azərbaycan möhtəşəm Qələbəsi ilə Cənubi Qafqazda yeni reallıq yaradaraq işğaldan azad edilmiş ərazilərində böyük miqyasda bərpa və quruculuq işləri həyata keçirir. Azərbaycan-Qazaxıstan münasibətlərində səmərəli yeni səhifənin açılmasının zamanı gəlib çatıb.

Azərbaycan Prezidenti: Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib

Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz otuzillik dövr ərzində böyük inkişaf yolu keçib.

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlama verib YENİLƏNİB VİDEO

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.

Xuidaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Şarl Mişel açıqlamasında deyib: