20 May 2022

ABŞ Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

ABŞ Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı vurğulanır.

Azərbaycanın xarici işlər nazirinin müavini İsveçdə səfərdə olub

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev mayın 18-19-da İsveç Krallığında işgüzar səfərdə olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində o, İsveçin xarici işlər naziri Ann Linde, İsveç parlamentinin spikeri Andreas Norlen və xarici işlər nazirinin müavini Maqnus Nilson ilə görüşlər keçirib.

Azərbaycan Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevrilməsi üçün töhfəsini əsirgəmir

Azərbaycanın beynəlxalq aləmdə əlaqələri getdikcə genişlənir və mövqeyi daha da möhkəmlənir. İlyarım əvvəl Ermənistan üzərində tarixi Qələbədən sonra respublikamız dünyada qalib ölkə kimi tanınır. Bu şanlı Zəfərdən sonra ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayı artmaqdadır. Həm Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, həm də ölkəmizə rəsmi səfərə gələn dövlət başçılarının görüşləri zamanı da bu məqamların şahidi oluruq.