16 May 2022

İran parlamentinin sədr müavini Azərbaycana səfər edib

İran İslam Şurası Məclisinin (parlament) sədr müavini Əli Nikzadın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər zamanı İranın vitse-spikeri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşəcək. Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.
Daha sonra Əli Nikzad və nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Parlament Assambleyasının 3-cü sessiyasında iştirak etmək üçün Naxçıvandan Bakıya yola düşəcək.

Moldova mətbuatı Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirakına geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə səfəri, Rize-Artvin Hava Limanının açılışında iştirakı Moldova mətbuatı tərəfindən geniş işıqlandırılıb.