12 May 2022

İtaliyadakı Azərbaycan diasporu iki dost ölkə arasındakı münasibətlərin inkişafına xidmət edən daha bir körpüdür

Dünyanın müxtəlif guşələrindəki azərbaycanlılar yaşadıqları ölkələrdə gücləndikcə, inkişaf etdikcə, Vətənlə əlaqələri sıx olduqca onların Azərbaycana, Azərbaycanın onlara dayaq durmaq imkanları da qat-qat artır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, akademik Rafael Hüseynov İtaliyadakı həmvətənlərimizlə görüşdə deyib.

İşğaldan azad olunan ərazilərdə görülən işlər bir daha təsdiqləyir ki, Qarabağ əvvəlkindən də gözəl və cəlbedici olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse–prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfəri yeni müəssisələrin təməlqoyma mərasimləri, bəzilərinin isə açılışı ilə yadda qalır. Dövlətimizin başçısının və birinci xanımın bir neçə gün əvvəl Füzuli və Şuşa şəhərlərinə səfərləri zamanı da bunun şahidi olduq. Qarabağda aparılan yenidənqurma, bərpa-quruculuq işləri beynəlxalq aləmin də diqqət mərkəzindədir. Dünyanın bir sıra ölkələrindəki şirkətlərin Qarabağda aparılan tikinti-bərpa işlərinə qoşulması da bundan xəbər verir.

Azərbaycanın xarici işlər naziri Düşənbə şəhərinə səfərə yola düşüb

Mayın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramovun səfər çərçivəsində, həmçinin bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xudaferin.eu

Müdafiə Nazirliyi: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Leyla Abdullayeva: N.Paşinyanın əsassız iddiaları Ermənistanın sülh istəyini ciddi sual altına alır

Ermənistanın baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir.