11 May 2022

Qənirə Paşayeva: Heydər Əliyev ömrü xalqın rifahına, dövlətin inkişafına, Vətənin çiçəklənməsinə həsr olunmuş ömürdür

Heydər Əliyev ömrü xalqın rifahına, dövlətin inkişafına, Vətənin çiçəklənməsinə həsr olunmuş ömürdür. Çox xoşbəxtəm ki, gənclik illərimdə o böyük şəxsiyyətin xarici səfərlərində iştirak edən jurnalistlərdən biri olmuşam. Həmin səfərlərdə, eləcə də respublika əhəmiyyətli tədbirlərdə ümummilli lider Heydər Əliyevə sual vermək və böyük insanın cavabını dinləmək imkanına və şərəfinə nail olmuşam. Ulu Öndərlə ünsiyyət onun düşüncə miqyasını, təfəkkür diapazonunu, dövlət xadimi olaraq peşəkarlığını və vətəndaş cəmiyyəti təmsilçilərinə yüksək səmimi münasibətini ifadə edirdi.

Litva Prezidenti Azərbaycana səfər edəcək

Litva Prezidenti Gitanas Nauseda gələn həftə Azərbaycana səfər edəcək.

Musavat.com Report-a istinadla xəbər verir ki, dövlət başçısı mayın 18-də Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcək.

Forumun əsas məqsəd Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulmasıdır.

ABŞ Senatından Rusiyaya zərbə

ABŞ Senatı Rusiyanın hərbi müdaxiləsi qarşısında Ukraynaya daha effektiv şəkildə silah və digər təchizat göndərməyə imkan verəcək Lend-Lease proqramının bərpası ilə bağlı qanun layihəsini təsdiqləyib. Bəs, Lend-Lease proqramının bərpası Rusiya-Ukrayna müharibəsinin taleyinə təsir göstərəcək?