09 May 2022

Milli inkişaf modelinin müəllifi – ulu öndər Heydər Əliyev

Tarixən parlaq siyasi liderlər özlərini xalqlarının həyatının ən mürəkkəb dövrlərində, ümumiyyətlə, ictimai inkişafın sınma nöqtələrində büruzə verirlər. Belə insanlar öz təşəbbüskarlığı, mütərəqqi ideyaları, iradəsi ilə xalqın, cəmiyyətin həyatında ciddi və müsbət dəyişikliklərə nail olurlar. Liderliyin əsas kriteriyalarından biri də məhz milli həmrəyliyi təminetmə bacarığından ibarətdir.

Faşizm üzərində qələbədən 77 il ötür

Bu gün faşizm üzərində qələbənin 77 ili tamam olur.

1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci dünya müharibəsində faşizm üzərində qələbə qazanıldı.

Qələbə günü postsovet ölkələri və İkinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.

İkinci dünya müharibəsində faşizmə qarşı 600 mindən çox azərbaycanlı döyüşüb, onlardan 300 mini qələbə uğrunda canından keçib.