08 May 2022

Azərbaycanın səfirliyi Misirdə törədilmiş terror aktını pisləyib

Azərbaycanın Misirdəki səfirliyi Süveyş kanalının şərqində törədilmiş və 11 hərbçinin ölümü ilə nəticələnmiş terror aktını pisləyib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, səfir Tural Rzayevin adından Misir mətbuatında yayımlanmış bəyanatda həlak olan hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı verilib, yaralıların tezliklə şəfa tapması arzulanıb.

XİN: Azərbaycan İtaliya ilə strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir

Azərbaycan İtaliya ilə strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində İtaliya ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə edilən paylaşımda qeyd olunub.

Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” adlı elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçilik Məktəbində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” adlı elmi-praktik konfrans keçirilib.