06 May 2022

FAO-nun baş direktoru: Azərbaycanda ərzaq sistemlərinin və kənd təsərrüfatının inkişafı üçün böyük potensial var

Mən Sizin çoxşaxəli, gözəl, əlverişli mövqedə yerləşən ölkənizə səfərə gəldiyimə görə çox şadam. Azərbaycan nadir ölkədir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu Azərbaycan Prezidenti İlham Əliyevlə videoformatda görüşü zamanı deyib.

Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələri inkişaf etməkdədir

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisinin deputatları Əbülfəs Xamedov, Zarina Kamasova və Güldara Nurumova ilə görüşüb.

Fransa portalında “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” konfransı barədə məqalə dərc olunub

Fransanın “Musulmansenfrance” portalında ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans və Zəfər Qurultayı barədə məqalə dərc olunub.

Məqalədə Prezident İlham Əliyevə istinadla bildirilib ki, Azərbaycanın həyata keçirdiyi bütün təşəbbüslərin əsas məqsədi işğal zamanı dağıdılmış ərazilərin bərpası, məcburi köçkünlərin öz evlərinə qayıtması ilə yanaşı, bütün Qafqaz ölkələri arasında davamlı sülh və əməkdaşlıq ruhu yaratmaqdır.

Braziliyanın xarici əlaqələr naziri azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun mayın 5-də Braziliyanın xarici əlaqələr naziri Karlos Fransa ilə görüşü keçirilib.