05 May 2022

Azərbaycanla İsveç arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov bu ölkənin parlamentinin - Riksdaqın spikeri Andreas Norlen ilə görüşüb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla İsveç arasında ikitərəfli münasibətlərin hazırkı durumu və bir sıra digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Honda Taro: Azərbaycan regionda sülhün bərqərar olması baxımından vacib ölkədir

Milli Məclisin sədri Sahibə Qafarova mayın 5-də ölkəmizdə səfərdə olan Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yaponiyalı qonağı salamlayan Milli Məclisin sədri bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir

Mayın 5-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib.
1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında;
2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);
3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;