Prezident İlham Əliyev: Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə start verilib
Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilib. Biz kəndləri də planlı şəkildə bərpa edəcəyik.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.