03 May 2022

Azərbaycan XİN Polşanı təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi Polşanı Milli Gün münasibətilə təbrik edib.

Xudaferin.eu Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter səhifəsində paylaşım edilib.

“Polşa Respublikasının Milli Günü münasibətilə Polşa hökumətinə və xalqına ən xoş arzularımızı, səmimi təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Polşa!”, - paylaşımda deyilir.

Xudaferin.eu

Azərbaycan xarici işlər naziri Fransa XİN-in Şərq Tərəfdaşlığı üzrə səfiri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 3-də Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev: Bu gün Azərbaycanla İsrailin bir sıra mühüm sahələrdə fəal əməkdaşlığı məmnunluq doğurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda dövlətimizin başçısı İsrail Prezidentinə və xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdırıb.