02 May 2022

Azərbaycan Prezidenti: Şəhid olmaq xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir

Heç kim həyatda əbədi qalmır, amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı söyləyib.

Təltif olunan diaspor fəalları: Zəfər Qurultayında iştirak məsuliyyətimizi daha da artırır

Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi təkcə bizim üçün deyil, bütün xalqımız üçün böyük tarixi hadisə oldu. Qurultayın Şuşada olması isə ikiqat bayrama çevrildi.
Bu sözləri Ukrayna Azərbaycanlıları Radasının İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin söyləyib.

Prezident İlham Əliyev: Azərbaycan-Polşa münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə polşalı həmkarı Andjey Dudanı təbrik edib.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, təbrikdə Azərbaycan-Polşa ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğu vurğulanır.
Təbrik məktubunda daha sonra deyilir: “Daim genişlənən siyasi, iqtisadi və humanitar əlaqələrimiz, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir”.