07 January 2022

İşğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialı xalqın rifahının daha da yaxşılaşdırılması üçün geniş imkanlar yaradır

Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir ki, son 18 ildə ölkəmiz dinamik inkişaf edir. Makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, valyuta ehtiyatlarının artırılması, bank sektorunun beynəlxalq standartlara uyğunlaşdırılması sayəsində iqtisadiyyatımızın dayanıqlılığı təmin edilib.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı məlumatı Türk Dövlətləri Təşkilatı yayıb.

Bildirilib ki, yanvarın 11-də keçiriləcək iclasda Qazaxıstanda baş verən son hadisələr müzakirə ediləcək.

Günel Məlikova

Xudaferin.eu

“Şuşa İli” – güclü Azərbaycan naminə yeni hədəflərə doğru

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində çox mühüm məqamlara toxundu, ötən il qazanılan nailiyyətlərə diqqət yetirdi, gələcək hədəflərlə əlaqədar vacib mesajlar verdi. Dövlətimizin başçısı il ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdığımızı, Azərbaycanın uğurlu inkişafını inamla ifadə etdi.