22 November 2021

Sülhə aparan ən qısa yol

1990-cı illərdə Ermənistan xaricdən göstərilən siyasi-mənəvi və hərbi-texniki dəstək hesabına torpaqlarımızı işğal etdi. Bununla da ermənilər ərazidə “Miatsum” hərəkatı başlayanda qarşısına qoyduqları məqsədə artıqlaması ilə nail oldular. Torpaqlar onların nəzarətinə keçdi və atəşkəs əldə olundu. Bundan sonra Ermənistan siyasəti cəmi bir suala cavab tapmalı idi. Atəşkəs rejiminin başlandığı an üçün mövcud olan status-kvo ilə nə etməli? Bu sualın cavabı məsələnin siyasi həllinə necə nail olmağı müəyyənləşdirməli idi.

22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür

Tarixi Qələbəmizi təmin edən Prezident – Xalq birliyi Azərbaycana hələ çox zəfərlər qazandıracaq

 

Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər.

ONLAR AZƏRBAYCAN XANIMLARIDIR

Illərdi qürbətdə Azərbaycanı yüksək səviyyədə Ziyalı və mübariz Xanımlar təmənnasız təmsil edirlər. Geniş biliyə malik azərbaycanlı Xanımlar, Avropanın müxtəlif ölkələrində elmi fəaliyyətlərlə yanaşı, tarixi vətənlərini də bir an olsun unutmadılar.

Heç kimdən təmənna ummadan Qarabağ həqiqətlərini dünyaya ictimaiyyətinə çatdırılması yolunda sözün əsil mənasında döyüşür Azərbaycan qadını...