19 November 2021

Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib

Təsdiq olunmuş illik döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə bölmələrin müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi, təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.

Andrey Kortunov: Qafqaz bizim üçün həmişə ortaq məkan olub və belə də olacaq

Rusiya-Azərbaycan Ekspert Şurasının formatı açıq diplomatiyanın bir növü kimi iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir. Düşünürəm ki, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın, etimadın möhkəmləndirilməsi hazırkı şəraitdə daha mühüm əhəmiyyət kəsb edir.

Deputat: Ağdam tezliklə Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevriləcək

Ağdamın ötən il noyabrın 20-də işğaldan azad olunması ilə əlaqədar danışmazdan əvvəl şəhərin erməni faşizmi tərəfindən qəsb edilməsinə toxunmağı zəruri bilirəm. Belə ki, 1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən özbaşınalıq, xaos şəraiti düşmənə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan döyüşçülər iyulun 23-də geri çəkilməyə məcbur oldular.