18 November 2021

Prezident: Övladlarımızın milli dəyərlərə sadiq şəxsiyyət kimi formalaşmaları ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyət daşıyır

Uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti var. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir.

Türk dünyasının ali mükafatı ən layiqli sahibinə verildi

Son vaxtlar Türk Şurasının beynəlxalq aləmdə nüfuzunun artmasında quruma üzv olan dövlətlər arasında həmrəyliyin güclənməsinin, əməkdaşlığın genişlənməsinin böyük rolu var. Hazırda türkdilli dövlətlər arasında iqtisadi, ticari və digər sahələrdə əməkdaşlıq daha da gücləndirilir. Son məlumata görə, hazırda bu ölkələr arasında ticarət dövriyyəsi təxminən 21 milyard dollar təşkil edir. Gələcəkdə iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaranacaq imkanlar ticarət dövriyyəsinin daha çox olacağını deməyə əsas verir.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Rusiya XİN: Biz hər iki tərəfi bütün mübahisələri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməyə çağırırıq

Vəziyyətin dinc məcraya keçməsi üçün Rusiya həm Azərbaycan, həm də Ermənistanla təmasdadır.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib.