16 November 2021

Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edilib

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.

Xudaferin,eu

Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Hulusi Kılıç: Prezident İlham Əliyevin Ali Ordenlə təltif olunması türk dövlətlərinin Azərbaycan xalqına Zəfər təbrikidir

Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması türk dövlətlərinin Azərbaycan xalqına tarixi Qarabağ Zəfərinin təbrikidir. Liderlər bu tarixi qərarla bir daha bütün dünyaya nümayiş etdirdilər ki, türk dünyası birdir, həmrəydir, sabitlik və inkişaf yolunda qətiyyətlidir. Çünki Qarabağ Zəfəri yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, regionda yeni münasibətlər sferasının, sülh və inkişaf platformasının qurulması və təminatı deməkdir.

Aİ-nin Azərbaycandakı nümayəndəsi müharibə zamanı Ermənistan tərəfindən insan hüquqlarının pozulması barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Peter Mixalkonu qəbul edib.