10 November 2021

Zəfər Günündə ulu öndər Heydər Əliyevin Sankt-Peterburqdakı barelyefi ziyarət edilib

Sankt-Peterburqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu tərəfindən təşkil olunan tədbirdə iştirak edən konsulluğun əməkdaşları, şəhər ictimaiyyətinin və diaspor nümayəndələri Qoroxovaya küçəsi, ev 6-da görkəmli siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin şərəfinə ucaldılmış xatirə lövhəsinin önünə toplaşaraq barelyef önünə gül dəstələri qoyublar.

Kanadanın Monreal şəhərində Zəfər Günü münasibətilə tədbir keçirilib

Kanadanın Monreal şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Monrealdakı Türk icma mərkəzində baş tutan tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb. Sonra Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib, Türk Camisinin dini rəhbəri Adəm Atalay şəhidlərimizin ruhuna “Qurani-Kərim” oxuyub.