09 November 2021

Vətən müharibəsinin xronikası: 9 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Zəfər Günü münasibətilə İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb

Azərbaycanın Vətən müharibəsində əldə edilən Zəfərin birinci ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

Ər-Riyadda ən yüksək göydələn Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Zəfər Günü münasibətilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki ən yüksək göydələn – “The Kingdom Tower” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, noyabrın 8-də axşam saatlarında Ər-Riyadın 99 mərtəbəli və 302 metr hündürlüyü olan göydələni neon lampaları ilə Azərbaycan bayrağının rənglərini əks etdirib.