04 November 2021

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi qəhrəmanlarının adı verilib

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərar imzalayıb.

General Polad Həşimov - 2914 göyalpdan biri

Sən onu görmürsən, lakin onunla söhbət edirsən, ona dua edirsən, öz problemlərin barədə danışırsan, şikayətlənirsən. Bəlkə də hər gün onlarca dəfə Yaradanın adını çəkirsən...

Elə insanlar var ki, onlara da beləcə - müqəddəs varlıq kimi münasibət bəsləyirsən.

Bu insanı sağlığında tanıyan az olub, amma Azərbaycanda hamı onu sevir.

Azərbaycanda qəhrəmanlıq rəmzlərindən birinə çevrilmiş general-mayor Polad Həşimovun ölümü bütün Azərbaycan xalqına zərbə oldu.

Ailəsi və anası ilə birlikdə kirayə mənzildə yaşayan general

Prezident İlham Əliyev: Bu müharibə onu göstərdi ki, ədalət tez və ya gec Zəfər çalacaq

Hazırda biz azad edilmiş əraziləri bərpa edirik, artıq genişmiqyaslı dövlət proqramı həyata keçirilir.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən deyib.

Parisdə “Qarabağ sülh dövründə: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda dəyirmi masa keçiriləcək

Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Fransada Azərbaycan Dostları Assosiasiyasının təşkilatçılığı ilə Parisdə “Qarabağ sülh dövründə: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda dəyirmi masa keçiriləcək.

Vətən müharibəsinin xronikası: 4 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.