13 October 2021

Vətən müharibəsinin xronikası: 13 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Azərbaycan və İran XİN rəhbərlərinin telefon danışığı olub

Oktyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı olub.

XİN-nin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan və Somalinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına dair fikir mübadiləsi aparılıb

Oktyabrın 12-də Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasının ticarət və sənaye naziri Xalif Abdi Omar ilə görüşüb.