12 October 2021

“Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunur

Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, iclasın gündəliyinə bir məsələ daxildir.

Deputatlar “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsini ikinci oxunuşda müzakirə edirlər.

Vətən müharibəsinin xronikası: 12 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Misir mətbuatı Prezident İlham Əliyevin Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyması barədə xəbər yayımlayıb

Misirin “Əl Ğad” və “Yeni dünya xəbərləri” informasiya portallarında Azərbaycan Prezidenti İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyması barədə xəbərlər yayımlanıb.

Materiallarda dövlətimizin başçısının Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyması, bu ibadət ocağında eyni vaxtda 250 nəfərin namaz qılacağı diqqətə çatdırılıb.