İtaliyalı jurnalist: Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsi qaçılmaz idi
Azərbaycanın Qarabağ savaşındakı haqlı Qələbəsinin dünya ictimaiyyəti, əsasən də işğaldan azad olunmuş ərazilərə gedən xarici jurnalistlərin dilindən şərh edilməsi Vətən müharibəsinin ildönümünü qeyd etdiyimiz bu vaxtlarda tam yerinə düşər. Azad olunmuş torpaqlarımıza səfər edən çoxsaylı mətbuat nümayəndələrindən biri də italiyalı politoloq, geosiyasi analitik və jurnalist Emmanuel Pietrobon idi.