03 October 2021

Qənirə Paşayeva: Prezident İlham Əliyevin müsahibələri Azərbaycan həqiqətlərini təbliğ və tərənnüm edir

Azərbaycanın dövlət başçısı qardaş Türkiyənin “Anadolu” Agentliyinə və Fransanın “France-24” kanalına müsahibə verib. Müsahibə 2020-ci ildə baş vermiş 44 günlük müharibənin birinci ildönümünə təsadüf edir. Prezident İlham Əliyevin müharibənin başlanmasının ildönümündə, əziz şəhidlərimizin Anım Günündə xalqa müraciəti hər iki müsahibədə əsas yer tutub. Xalqa müraciətdə 44 günlük müharibənin başlanma səbəbləri, gedişatı, tarixi Zəfərimiz, postmüharibə dönəmi, normallaşma prosesi və s.

Vətən müharibəsinin xronikası: 3 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.